Bütün yazılar

Vibe coding nədir və niyə vacibdir

Vibe coding sadəcə "AI kodu yazsın" demək deyil. Söhbət fikri birbaşa işlək məhsula çevirən yeni iş axınından gedir: sən nə istədiyini aydın izah edirsən, AI ilk versiyanı qurur, sən isə yönləndirir, yoxlayır və təkmilləşdirirsən.

Senior mühəndis kimi gördüm ki, AI ən çox təcrübəli adamın əlində güclənir — çünki nəyin doğru olduğunu bilirsən. Ona görə də başlanğıc developer üçün ən yaxşı yol AI-ı öyrənmək DEYİL, mühəndisliyi AI ilə öyrənməkdir.

Bu yazıda praktiki bir başlanğıc çərçivəsi paylaşıram: hansı alətlər, hansı vərdişlər və hansı tələlərdən qaçmaq lazımdır.