Enterprise sistemləri qurarkən gördüyüm ən böyük səhv: hələ lazım olmadan mikroservisə keçmək. Mikroservis güclü alətdir, amma mürəkkəblik gətirir.
Keçməzdən əvvəl bunları soruş: Domain sərhədlərin aydındırmı? Komandan bu mürəkkəbliyi daşıya bilərmi? Monitoring və CI/CD hazırdırmı? Data tutarlılığını necə idarə edəcəksən? Şəbəkə gecikmələrinə hazırsanmı?
Çox vaxt yaxşı qurulmuş monolit daha düzgün başlanğıcdır. Domain-Driven Design isə sərhədləri düzgün çəkməyə kömək edir — mikroservisə keçmək lazım olanda hazır olarsan.